İran

Qulamriza Mərhaba: “Nazir məsələyə aydınlıq gətirmək üçün toplantıya qatılacaq”

“Biz Astaranın dəmir yolu ilə liman projəsinə sərmayə yatırımı məsələsini İranın Yol və Şəhərsalma Vəzirliyi vasitəsilə araşdırırıq”. Bu sözləri Astara bölgəsinin İran məclisindəki təmsilçisi Qulamriza Mərhaba deyib. O, bazar ertəsi Astara dəmir yoluna baş çəkərkən bildirib: “Bu böyük dəmir yolu projəsinə sərmayə yatırımının tam gerçəkləşməməsinin səbəbini Yol və Şəhərsalma vəziri qarşısında sorğu şəklində qaldırmışam. Vəzir məsələyə aydınlıq gətirmək üçün tezliklə məclisin Umran Komisyonunun toplantısına qatılacaq. Biz projənin xarici tərəfdaşının sərmayəçi olaraq öhdəliklərini yerinə yetirməsi məsələsini Ana Yasaya uyğun, habelə nəzarət mekanizmlərinə əsaslanaraq gündəmdə saxlamağa davam edəcəyik. Astara dəmir yolunun istifadəyə verilməsində ölkəmizin milli mənafeyi təmin edilməlidir. Biz barəndazın karfərması və sahibi olaraq xarici tərəfdaşın öz öhdəliklərinə əməl etməsini təmin etmək üçün qanuni vasitələrdən istifadə etməliyik. Astara əhalisi uzun illər gözlədikdən sonra bu mərz bölgəsində dəmir yolunun istifadəyə verilməsinin şahidi olur. Ancaq bu projə şəhərimizdə lazımi iqtisadi dəyişiklik yaratmayıb və gənclərimiz üçün yeni iş yerlərinin açılmasına səbəb olmayıb”,-deyə o, bildirib. Millət vəkili Rəşt-Astara dəmir yolunun çəkilişi məsələsinə də toxunub: “Xatəmul-Ənbiya” tikinti şirkəti ilə projəyə sərmayə yatıran tərəf arasında bəzi fənni fikir ayrılıqları olub. Nəticədə projə yubanılıb. İşlərin sürətləndirilməsi məsələsini qaldıracağıq”.

Related Articles

Bir cavab yazın

Back to top button