Site icon Aznews TV

İran hökuməti yəhudiləri məcburi aksiyalara cəlb edir

Bu barədə insan haqları müdafiəçiləri məlumat yayıblar.

Bildirilib ki, Kirmanşah, Tehran, İsfahan, Şiraz və Həmədan şəhərlərində yaşayan az sayda yəhudilərə təzyiq göstərilir, onlar aksiyalar keçirməyə məcbur edilir.

Məlumatda qeyd edilib ki, onlar iş yerlərinin bağlanacağı və barələrində “İsraillə əlbir olmaq” ittihamlarının irəli sürüləcəyi ilə təhdid ediliblər.

Qeyd edək ki, 1979-cu il inqilabından sonra İranda yaşayan yəhudilərin əksəriyyəti ölkəni tərk etməyə məcbur olublar.

Hazırda İranda qalan 20-25 min civarında yəhudilərin bir qismi kimliklərini gizlətmək məcburiyyətində qalır, başqaları isə davamlı təzyiq və ayrı-seçkilklə üzləşirlər.

Exit mobile version