Site icon Aznews TV

İran İnsan Haqları Təşkilatı öldürülən 57 nəfərin adlarını açıqlayıb

İranın İnsan Haqları Təşkilatı sentyabrın 25-də yaydığı hesabatda ölkədə baş tutan aksiyalarda ölən 57 nəfərin adını açıqlayıb.

Təşkilat daha əvvəl elan etmişdi ki, bir çox hallarda ölənlərin cənazələri yalnız açıq dəfn mərasiminin keçirilməməsinə razılıq verdikləri halda ailələrinə təhvil verilir.

Eyni zamanda bəzi sosial şəbəkə istifadəçiləri mərhumların ailələrinə istinadən ölüm bildirişlərində ölüm səbəbinin müxtəlif xəstəliklər göstərildiyini, bəzi ailələrə yaxınlarını gecə saatlarında basdırmaq üçün təzyiqlərə məruz qaldığını bildiriblər.

Exit mobile version