Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

İran İsfahanda Azərbaycana qarşı aksiya təşkil etdi

İran hökumətinə bağlı durumlar Xocalı soyqırımının ildönümü ilə eyni vaxtda İsfahanda yaşayan erməniləri təşkilatlandıraraq Azərbaycan Respublikasına qarşı aksiya keçirib.

Bu barədə məlumat yayan SEPAH-a bağlı “Fars” xəbər agentliyi İsfahanın Vank klisası və ətrafında keçirilən anti-Azərbaycan aksiyasına haqq qazandırmağa çalışıb.

Məlumatda ermənilərin Qarabağın Azərbaycan Respublikası tərəfindən mühasirəyə alındığından narahat olduqları üçün toplaşdıqları iddia edilib.

Aksiyaya qatılan İran erməniləri Azərbaycan və Türkiyə əleyhinə şüarlar səsləndiriblər.

İlgili Makaleler

Bir yanıt yazın

Başa dön tuşu