Site icon Aznews TV

İran küçələrində dollar almaq və evdə saxlamaq qadağan edildi

Qanun layihəsi aprelin 12-də İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf tərəfindən icrası üçün prezident İbrahim Rəisiyə elan edilib.

Cari ilin fevralında parlament tərəfindən təsdiq edilmiş bu qanunun son mətninə görə, valyuta əməliyyatları, onun ölkəyə gətirilməsi və çıxarılması üçün yeni şərtlər nəzərdə tutulmuş və elan edilmişdi. Yeni qanuna əsasən, bundan sonra İrana Pul və Kredit Şurasının elan etdiyi şərtlərə əməl etmədən valyuta gətirilərsə və ölkədən çıxarılarsa, bu, qaçaqmalçılıq sayılacaq.

Exit mobile version