Site icon Aznews TV

İran məhkəməsi son bir ayda 30-dan çox ölüm hökmü çıxarıb

Məlumata görə, eyni zamanda İran məhkəməsi tərəfindən 86 nəfər də edam edilib. Bildirilib ki, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 2024-cü ilin yanvarında edam sayı daha çox olub.

Qeyd olunub ki, İranda son həftələrdə ölüm hökmlərinin artması bir çox reaksiyalarla qarşılanıb. Belə ki, Avropa Parlamenti dünən qəbul etdiyi qətnamədə İrandakı bütün edama məhkum edilən siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edib.

#İran #edam

Exit mobile version