İqtisadiyyatİran

İran malları saxta xarici markalar adı ilə satılır

Aznews.tv xəbər verir ki, Ev əşyalarının satıcıları Birliyinin rəhbəri ev əşyaları (məişət texnikası) bazarında fırıldaqçılığın artmasının, keyfiyyətli İran mallarını marklarının xarici adlarla dəyişdirərək daha yüksək qimətlərə satıldığını bildirib.

Bu günlərdə xarici avadanlıqların satış bazarında böyük fəallıq müşahidə olunur və satıcılar tərəfindən çoxlu reklamlar verilir. Keçən ildən bəri xarici ev əşyaları yerli istehsal üçün qadağan edildi və bu mallar ölkəyə qeyri-qanuni vasitələrlə (qaçaqmalçılıq yolu ilə) daxil olduğu və asanlıqla satıldığı deyilir.

Bu mallar ölkənin qərb sərhədlərindən müxtəlif yollarla gətirilir, baxmayaraq ki, xarici markalar adı altında satılan malların bəzilərinin İran məhsulları olduğu təsdiq olunub.

Ev əşyalarının satıcıları Birliyinin sədri əlavə edib: “Anbarlarda olan malların markalarını elə dəyişdirirlər ki, alıcılar malların xarici mal olduğunu anlamır. Daha əhəmiyyətlisi isə budur ki, ucuz İran malları xarici adlar altında baha qiymətə satılır.

“Bu məhsulların çoxu SMS`lə və virtual şəbəkədə satılır ki, onların satıcılarına çıxışımız yoxdur”,- deyə Miri vurğulayıb.

O əlavə edib ki, bu məhsullar rəsmi mağazalarda alınırsa, bu araşdırılacaq. Fakturalı mağazalardan alış-veriş edən həmvətənlərimizin şikayətlərinə baxmağa hazırıq və qanunsuz satış həyata keçirənlər malın 2-4 qat dəyərində cərimələnəcək.

Aznews.tv 

Tags
Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button