Cəmiyyətİran

İran: Media senzurası baxımından dünyanın ilk on ölkəsindən biri

Aznews.tv “İranintl” saytına istinadən xəbər verir ki, Jurnalistləri Müdafiə Komitəsi (CPJ) ən son hesabatında İranı media senzurası və mustəqil jurnalistlərə qarşı təzyiqlər baxımından dünyanın ilk on ölkəsindən biri olaraq sıralayır.

Çərşənbə axşamı, 10 sentyabr (19 şəhrivər) yayımlanan hesabatda deyilir ki, İran İslam Respublikası digər repressiv hökumətlər kimi ənənəvi metodlardan əlavə, Medianı susdurmaq üçün rəqəmsal smart filtrləmə və təhlükəsizlik nəzarətindən istifadə edir.

Jurnalistləri Müdafiə Komitəsinin siyahısında Eritreya senzurada dünyada birinci yeri tutur, ardınca Şimali Koreya və Türkmənistan gəlir.

Siyahıdakı digər ölkələr Səudiyyə Ərəbistanı, Çin, Vyetnam, İran, Ekvatorial Qvineya, Belarus və Kubadır.

Hesabatda vurğulanır ki, ilk üç ölkədə Media hökumətin sözçüsüdür və müstəqil jurnalistika sürgündə aparılır. Ölkəyə giriş üçün icazə tapan az sayda xarici müxbirlər isə yaxından izlənilir.

Siyahıdakı digər ölkələr isə “müstəqil Medianı susmağa vadar etmək üçün təqib, əsassız həbs, habelə müasir təhlükəsizlik vasitələri ilə nəzarət və hədəfli hücum”lardan istifadə edirlər.

Hesabat İrandakı senzuranın vəziyyəti haqda yazır: “İran İslam Respublikasının hökuməti jurnalistlərə, onların ailələrinə və yaxınlarına təqib və təzyiq göstərməklə, cəmiyyətdə qorxu atmosferi yaradıb.

Belə bir şəraitdə İranın daxili Mediası hökümətin ciddi nəzarətinə tabe olmalıdır. Qeyri-hökumət təşkilatına görə, İranda Media sahəsində çalışan bütün jurnalistlər “xəbər fəaliyyəti üçün hökumətdən icazə” almalıdırlar. Ayrıca, bir çox hallarda media fəaliyyəti üçün bu lisenziyalar mütəmadi olaraq dayandırılır və ya tamamilə ləğv edilir.

İranla bağlı “CPG” təşkilatının hesabatı davam edir: “Hazırda İranda bir neçə xarici xəbər agentliyi fəaliyyət göstərir. Habelə, bir çox hallarda beynəlxalq KİV-ə, o cümlədən ingilis dilli media üçün İranda yaşayan xarici jurnalistlərin lisenziyası qeyri-müəyyən müddətə dayandırılır. Bəzi hallarda onların iş icazələri həmişəlik ləğv edilir”.

Hesabatda qeyd olunur ki, İran İslam Respublikasının hakimiyyəti korrupsiya, etirazlar və ya insan hüquqları kimi həssas hökumət məsələlərini işıqlandıran jurnalistləri uzun müddətli həbs və azadlıqdan məhrumetmə kimi ağır cəzalarla tənbeh edir.

Jurnalistləri Müdafiə Komitəsi əlavə edib ki, İran hökuməti həmçinin yerli və xarici müxbirlərə qarşı casusluq etmək, peyk şəbəkələrinə filtr dalğaları göndərmək və milyonlarla veb sayt və sosial şəbəkəni bağlamaqla İnternetdə ifadə azadlığını da nəzarətdə saxlayır.

Komitə İranla bağlı hesabatın sonunda, Tehran Bələdiyyəsində korrupsiya hallarını ifşa etdiyinə görə bu ilin fevral ayında 5 il həbs cəzasına məhkum edilmiş iranlı jurnalist və “Memari News” saytının baş redaktoru Yaşar Sultaninin işinə toxunur.

Bu yaxınlarda Parisdə fəaliyyət göstərən Sərhədsiz Reportyorlar Təşkilatı qadın jurnalistlərin və media fəallarının son həbslərinə toxunaraq, İranı qadın jurnalistlər üçün dünyanın ən böyük həbsxanası adlandırıb.

 

Aznews.tv

Tags
Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button