Site icon Aznews TV

İran mediasında Azərbaycan Respublikası işğalçılıqda ittiham edilib

İranın “Vestanews” xəbər agentliyində Azərbaycan Respublikasını işğalçı kimi təqdim edən məlumat yayılıb.

Məlumatda Qərb ölkələrinin Rusiyanı blgədə sabitliyin pozulmasında günahlandırılmalarının yanlışlığı, bunun səbəbkarının Azərbaycan Respublikası olduğu yazılıb.

“Qərb liderləri bilməlidirlər ki, İrəvanda demokratiya üçün təhlükə Kreml deyil, təhlükə Bakının savaşcıl ekspansionizmidir”,- deyə, İran media orqanında qeyd edilib.

Yazıda Qərb ölkələrinin Azərbaycan Respublikasını cəzalandırılmamaları tənqid edilib.

“Bakının Ermənistan sərhədləri daxilində, o cümlədən paytaxt İrəvandan 42 kilometr aralıda yerləşən Martuni şəhəri daxilində dinc sakinlərə qarşı əsassız hücumu bir çox cəhətdən Bakının cəzasız qalmasının birbaşa nəticəsidir”,- deyə, “Vestanews” yazıb.

Exit mobile version