Site icon Aznews TV

İran millisini türkiyəli baş məşqçi çalışdıracaq

Bundan sonra İranın basketbol üzrə milli yığmasının baş məşqçisi Türkiyəli mütəxəssis Hakan Dəmir olacaq.

Məlumata görə, İran Basketbol Federasiyası dünya çempionatının beşinci və altıncı seçim mərhələlərində milliyə rəhbərlik etməsi ilə bağlı Hakan Dəmirlə razılığa gəlib.

Xatırladaq ki, təcrübəli mütəxəssis bundan öncə “Beşiktaş”, “Trabzonspor”, “Pınar Karşıyaka”, “Banvit”, “Tofaş”, “Hernes İsveçrə” və “Dinamo Buxarest” komandalarına rəhbərlik edib.

Exit mobile version