
Azərbaycanlı insan haqları müdafiəçisi və ekofəal Səid Minai Urmiya gölünün çirklənməsinə etiraz etməsi səbəbindən 5 illik həbs cəzası alıb.
Bununla bağlı, azərbaycanlı fəal sosial media hesabında məlumat yayıb.
Minai Marağadakı “Kaveh Soda” zavodunun sənaye tullantılarını birbaşa Urmiya gölünə axıdıldığını üzə çıxarıb. Bu qanunsuzluq və cinayətin ifşasına görə şirkət ondan məhkəməyə şikayət verib. Nəticədə cinayətkar molla rejimi azərbaycanlı fəalı həbsə məhkum edib.
Fəallar bu hökmü bölgədə ekoloji mübarizəyə təzyiq və həqiqətə qarşı tədbir kimi dəyərləndirirlər.