
Tehran Universitetinin professoru bu anti-türk fikirlərinə don geyindirmək üçün dənizə “Xəzər” adının verilməsinin yəhudilər tərəfindən həyata keçirildiyini iddia edib.
İran rejimi rəsmiləri illərdir ki, “Xəzər dənizi” adını “Dərya Mazandaran” kimi uydurma adlarla əvəz etməyə çalışırlar.
Xatırladaq ki, “İran millətçiliyi” pərdəsi altında təqdim edilən antitürkçülük və fars irqçiliyi İranda son yüz ildə institutlaşdırılıb və bu ölkədəki türklər dəfələrlə farsların dil təzyiqinə, aşağılanmasına, irqçi təhqirlərinə məruz qalıb. İran hökuməti də sistemli şəkildə irqçiliyi cəmiyyətə aşılayır. İran dərsliklərində, mediasında, rəsmi mətbuatında türklər aşağılanır, onların tarixi və kimliyi təhrif edilir.