İran

İran müəllimləri məktəblərə kimyəvi hücumlarla bağlı bəyanat yayıb

İranın bir neçə universitetinin 326 müəllimi ölkədə qız məktəblərinə kimyəvi hücumlarla bağlı bəyanat yayıb. Bəyanatı imzalayan tanınmış alim və müəllimlər son aylar məktəblərə hücumları pisləyiblər:

“Daxili və xarici təhlükəsizliyi qoruduğunu iddia etməsinə baxmayaraq, milli təhlükəsizliyə qarşı bu aşkar təhdid qarşısında aylardır səssiz qalan və qabaqlayıcı tədbirlər görməyən hökumət üçün çox utancverici bir hadisədir”.

Bəyanat müəllifləri hadisəni şagirdlərə qarşı bağışlanmaz cinayət adlandırıb və Tehran hökumətinə xəbərdarlıq ediblər:

“Övladlarının həyatının təhlükədə olmasından nigaran olan valideynlərin qəzəb və üsyanından qorxun və bu cinayətləri törədənlərin ifşa edilərək cəzalandırılmasını təmin edin”.

Qeyd edək ki, son aylar İranın 300-ə yaxın məktəbində 7 mindən çox şagird zəhərlənib.

Related Articles

Bir cavab yazın

Back to top button