Site icon Aznews TV

“İran müharibənin İsrail sərhəddinə çəksə cavab verəcəyik”-Yair Lapid

“Əgər iranlılar müharibəni İsrailin sərhədlərinə çatdırmaq istəsələr, onlarda müharibəni öz ölkələrinin qapılarında görəcəklər. İranlılar bunun olmasını istəməsələr, bizdə buna can atmayacayıq”-deyə, “Jerusalem Post” qəzetinə müsahibə verən Lapid bildirib.

O, Qərb ölkələri ilə İranın nüvə danışıqlarında hər hansı razılıq əldə etmələrinin İsrailə aidiyyatı olmayacağını və İsrail İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün istənilən addımı atacağını söyləyib.

Qəzetin yazdığına görə İsrailin milli təhlükəsizlik müşaviri Yale Xalata iyunun 1-də Amerikaya səfəri zamanı Ağ Evə yeni təklif verib.

Xalata İrana qarşı sanksiyaların yumuşaldılması qarşılığında Tehran hökumətinin nüvə proqramının məhdudlaşdırılması ilə bağlı öhdəlik götürməsini təklif edib.

Qeyd edək ki, Ağ Evin saytında yerləşdirilən birgə bəyanatda deyilir ki, Amerikanın milli təhlükəsizlik müşaviri Cek Sollivan və İsrailin milli təhlükəsizlik müşaviri Yale Xalata çiyunun 1-də Ağ Evdə yüksək səviyyəli xarici, hərbi və kəşfiyyat rəsmilərinin iştirakı ilə görüşüblər.

“Görüş zamanı Amerika və İsrail rəsmiləri İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq və onun regionda hücum fəaliyyətini cilovlamaq üçün səylərini koordinasiya etməyə söz veriblər”-deyə, Ağ Evin məlumatında qeyd olunub.

Exit mobile version