Bölgəİran

İran neft tankeri Türkiyəyə yola düşdü

İran neft tankeri “Adrian Sea-2” Türkiyədəki limana yola düşüb.

Aznews.tv xəbər verir, bu barədə “United Arab” və “EmiratesAP” mətbu orqanları məlumat yayıb. Məlumata görə, “Grace 1” adı ilə tanınan köhnə “Adrian Dərya” tankeri Avtomatik İdarəetmə Sistemində (AIS) hədəfini Türkiyənin cənubundakı Mersində yerləşən neft terminalına qədər yeniləyib.

Mersin, Suriyanın Banias bölgəsindəki bir neftayırma zavodundan təxminən 200 kilometr (125 mil) şimal-qərbdə, “Adrian Dərya”nın ələ keçirilmədən əvvəl iyulun əvvəlində Gibraltarı tərk etdiyi bildirilib.

İran mediası və hökumət rəsmiləri bu günə qədər 130 milyon dollar dəyərində 2,1 milyon barel İran xam neftini daşıyan “Adrian Dərya”nın yeni təyinat nöqtəsi barədə məlumat verməyiblər.

Bu günə qədər Türkiyədən heç bir reaksiya olmayıb.

İndiki sürətlə tankerin, təxminən, bir həftədən sonra Türkiyənin Mersin şəhərinə çatacağı təxmin edilir.

Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button