Site icon Aznews TV

İran Norveçdə iranlılara qarşı kiber casusluq edir

Bu barədə Norveç Norveç Təhlükəsizlik Polisinin əks-kəşfiyyat bölməsinin rəhbəri Hane Blomberq məlumat verib.

O, Norveç televizyasına verdiyi müsahibədə bildirib ki, İranda son etiraz aksiyalarında həbs olunanların Norveçdəki yaxınları İran hökumətinin təhdidlərinə görə susmağa məcbur olublar.

Blomberqin dediyinə görə, Tehran hökuməti Norveçdə yaşayan iranlıların mobil cihazlarını və kompüterlərini sındırmaq və idarə etmək üçün öz kiber imkanlarından istifadə edir.

Norveç Təhlükəsizlik Polisi 2023-cü ilin təhdidlərini qiymətləndirərkən qaçqınlar üzərində rəqəmsal casusluğun ölkəyə qarşı əsas təhlükələrdən biri olduğunu deyib.

Norveç Təhlükəsizlik Polisinin əks-kəşfiyyat bölməsinin rəhbəri İranın bu məsələdə mühüm roluna toxunaraq deyib ki, Tehran rejimi bu üsulla hökumətə müxalif hesab edilən şəxsləri izləmək üçün istifadə edir.

Exit mobile version