İranTechnology

İran: Nüvə sazişi üzrə 60 günlük müddətin uzadılması mümkün deyil

İranın nüvə sazişində qalan tərəflərə verdiyi iki aylıq müddət uzadıla bilməz.
Aznews.tv Sputnik-ə istinadən verilən məlumata görə, bununla bağlı açıqlama verən Atom Enerjisi Təşkilatının sözcüsü Behruz Kamalvəndi bildirib: “İranın nüvə sazişində qalan tərəflərə verdiyi iki aylıq müddət uzadıla bilməz və müəyyən edilmiş qrafikə əsasən ikinci addım artıq atılıb və növbəti tədbirlər planı ardıcıl şəkildə dəqiqliklə həyata keçiriləcək”.
“Qanuna görə, nüvə sazişi çərçivəsində İran İslam Respublikasının müvafiq və qarşılıqlı addımı və bizim atacağımız addımlar nüvə sazişinin digər tərəflərinin öz öhdəilklərinə necə əməl edəcəklərindən asılıdır. Bizim mesajımız aydındır, onların davranışının məfhumu isə praktiki olaraq bundan ibarətdir ki, öz öhdəliklərinə sadiq qalmaq istəmirlər, ya buna qadir deyillər ki, bu halda, artıq bizim üçün məsələ aydındır”,- deyə o əlavə edir.
Kəmalvəndi qeyd edib: “Bizim görəcəyimiz addımlaq ardıcıl şəkildə həyata keçirilir və artıq geriyə addım yoxdur. Əgər İranın öz öhdəliklərini dayandırmaq məsələsi öz aktuallığını itirərsə, 4+1 öz vəzifəsini yerinə yetirməlidir. Əsas odur ki, biz öhdəliklərimiz və hüquqlarımız arasında balans yaradırıq və əgər onlar bizim nüvə sazişi çərçivəsindəki hüquqlarımızı tanısalar, biz də öz öhdəliklərimizi yerinə yetirərik, əks halda biz də öhdəliklərimizi azaldacayıq”.
8 may 2018-ci ildə ABŞ prezidenti Donald Tramp rəsmi Vaşinqtonun İranla altılıq ölkələri arasında imzalanan nüvə sazişindən çıxdığını elan edib. Son bir ildə ABŞ İrandan neft alışını minimuma endirməyə çalışıb. ABŞ-ın nüvə sazişindən çıxmasının ildönümündə İran “Hərtərəfli Birgə Fəaliyyət Proqramı” ilə müəyyən edilmiş bir sıra öhdəliklərini azaltmaq hüququnu özündə saxladığını bildirib.

Aznews.tv

Tags
Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button