
“Fox News” Avstriya rəsmilərinin yeni kəşfiyyat hesabatına istinadən xəbər verib ki, İran nüvə silahını uzaq mənzilli raketlərin buraxılması üçün istifadə oluna bilən proqram vasitəsilə fəal şəkildə inkişaf etdirməyə davam edir.
Məlumata görə, bu narahatedici fəaliyyət ABŞ Milli Kəşfiyyat İdarəsinin qiymətləndirməsinə ziddir.
Bildirilib ki, İran regional təsirini artırmaq, o cümlədən Yaxın Şərqdəki hərbi hücumlara qarşı müdafiə məqsədilə nüvə silahı əldə etmək səyləri də daxil olmaqla, geniş şəkildə silahlanmağa çalışır.