Site icon Aznews TV

“İran nüvə silahı istehsalına çox yaxındır”- Agentlik

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş katibi bu barədə Almaniyanın ARD Dövlət televiziyası ilə müsahibəsində bildirib.

“Nüvə silahına malik olmayan ölkələrin heç biri uranı 60 faizədək zənginləşdirmir. İran isə nüvə silahı istehsalına lazım olandan daha çox miqdarda zənginləşdirilmiş uran istehsal edib” Rafel Qrossi

Baş katib aprelin 19-u nəşr oluunmuş müsahibəsində deyib: “nüvə silahı üçün 90 faiz zənginləşdirilmiş uran lazımdır. Lakin texniki baxımdan 60 faiz də 90 faizlə eynidir”.

O, İranı bu yoldan çəkindirmək üçün dünya ictimaiyyətinin əlindən gələni etməsininin vacibliyini vurğulayıb.

Xatırladaq ki, Qrossi bundan əvvəl İrann öz nüvə potensiyalını artırmaqda olduğunu və Agentlik tərəfindən aktiv təftişlər apardığına rəğmən bu təftişlərə Tehranın yetərincə imkan vermədiyini demişdir.

Exit mobile version