Site icon Aznews TV

İran Oman körfəzində 7 balıqçı gəmisi saxladı

İslam İnqilabı Keşikçiləri Korpusu Oman körfəzində 7 balıqçı gəmisi saxlayıb.

Aznews.tv xəbər verir ki, gəmilər Oman körfəzinə çıxan Cəsk limanında saxlanılıb.

“24 əcnəbindən ibarət balıqçı tralına sahib 7 gəmi sahildən icazə verilən balıqtutma məsafəsinə əməl etmədikləri üçün saxlanılıb”, – deyə məlumatda bildirilir.

Qeyd etmək lazımdır ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, Bəhreyn kimi ölkələr tərəfindən terrorçu təşkilatlar siyahısına salınıb.

Aznews.tv

Exit mobile version