İranSiyasət

İran ordusu “Mahşəhr limanında dronu vurdu”

Aznews.tv “YJC” saytına istinadən xəbər verir ki, bugün, noyabrın 8-də “Mersad” raketdən müdafiə sistemi “pilotsuz uçuş aparatı”nı hədəf alaraq vurub.

Xuzistan vilaətindəki Mahşəhr limanının hava hücumundan müdafiə sistemi İran İslam Respublikası ordusuna aiddir.

Uçuş aparatının mahiyyəti və hansı ölkəyə aid olduğu barədə heç bir detal açıqlanmır. Habelə dronun hərbi və ya mülki olub-olmadığı barədə də məlumat verilmir.

Mersad raket sistemi, İranın orta mənzilli raketdən müdafiə sistemlərindən biridir, mütəxəssislər bunun ABŞ-ın Huck hava hücumundan müdafiə sisteminin təkmilləşdirilmiş versiyası olduğunu bildirir.

İran İslam Respublikası rəsmiləri, 2010-cu ilin aprel ayında sistemin kütləvi istehsal xəttinin istismara verildiyini və 45 kilometr məsafədə hədəfləri vura biləcəyini iddia edib.

Qeyd edək ki, bu ilin iyunun 20-də də ABŞ-a məxsus uçuş aparatı İranın raketdən müdafiə sistemi tərəfindən vurulub.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close