İqtisadiyyatİran

İran parlamenti Saipa işi ilə əlaqədar iki millət vəkilinin həbsini təsdiqlədi

Aznews.tv BBC-yə istinadən xəbər verir ki, İran parlamenti Saipa avtomobil sənaye qrupunun işi ilə əlaqədar dünən avqustun 21-də iki deputatın həbs edildiyini və Evin həbsxanasına aparıldığını təsdiqləyib.

Əbhərdən millət vəkili Məhəmməd Əzizi və Zəncanın millət vəkili Feridun Əhmədi avtomobil bazarında təlatüm yaratdıqlarına görə həbsdədirlər.

Məclisin Rəyasət Heyətnin üzvü bildirib ki, bu iki millət vəkilinin sərbəst buraxılması üçün Məhkəmə tərəfindən “10 milyard tümən dəyərində girov” təyin edilib, lakin “kifayət qədər vaxt olmadığına və qeyd olunan məbləğdə girovu təmin edə bilmədikləri üçün, hakimin qərarı əsasında onlar Evin həbsxanasına köçürülüblər.

Məhəmməd Əzizi parlamentin İmamzadəqan fraksiyasının sədr müavini, Sənaye Komitəsinin üzvü və həmin Komissiyanın Neft-Kimya Komitəsinin sədridir. O öz karyerasında eyni zamanda Kermanşah və Qolistan vilayətlərində Radio-televiziya təşkilatının sədrinin birinci müavini kimi işləyib.

Feridun Əhmədi də Parlamentin Sənaye və Mədənlər komissiyasının sədr müavini olub.

Həru iki millət vəkili Mühafizəkarlar siyahısından onuncu parlamentə daxil olmuşdular.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button