Azərbaycan

Güneyli məhbus fəal: Ürəyimiz rahatdır, Azərbaycan milləti gec-tez xoşbəxtliyi dadacaq

Güney azərbaycanlı hüquq müdafiəçisi Əkbər Nəimi hazırda Tehranın Evin həbsxanasında 9 il 8 aylıq həbs cəzasını çəkir və məhkumluğundan bir neçə ay keçməsinə baxmayaraq hələ də məzuniyyətə buraxılmır.

“Aznews tv”nın xəbərinə görə, o, “Orin” qeyri-hökumət təşkilatının Mərkəzi Şurasının üzvü və daha əvvəl İran hökumətinin Xoy şəhərindəki dar baxışlı məmurlarının göstərişi ilə ləğv edilmiş “Günəbaxan Mərkəzi” təşkilatının təsisçilərindən biridir.

Milli və vətəndaş cəmiyyəti fəalı olan Nəimi 1983-cü ildə Güney Azərbaycanın Xoy şəhərində anadan olub və maşınqayırma ixtisası üzrə bakalavr təhsili alıb. 2012-ci ildən İran dövlət aviaşirkətinin (HOMA) təmir şöbəsində işləyib, lakin 2020-ci ilin fevralında həbs olunduqdan sonra o, işə qayıda bilməyib.

Related Articles

Bir cavab yazın

Back to top button