Site icon Aznews TV

İran parlamentində Qarabağ müzakirəsi: Erməni millət vəkili gileyləndi

İsfahan və İranın cənub bölgəsində yaşayan ermənilərin İran parlamentindəki nümayəndəsi Robert Bəgləryan antiterror tədbirlərinin Rusiya sülhməramlılarının gözü qarşısında həyata keçirildiyi üçün Moskvanı günahlandırıb.

Bəgləryan son 30 il ərzində İran hakimiyyətinin Qafqazda istənilən səviyyədə rol oynaya bilməməsindən də gileylənib. O, İranın Qafqazda baş verən hadisələrdə aktiv rol oynamadığı üçün Rusiyanın bölgədə aktivliyindən təəssüfləndiyini deyib:

“Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında dediyi kimi, Rusiyanın gizli razılığı ilə reallaşan Qarabağa hazırkı hücumlar, eləcə də Qarabağın ələ keçirilməsi, NATO-nun marağında olan və əslində, Turanın qurulmasına xidmət edən Zəngəzur dəhlizinin açılmasının başlanğıcıdır”, – erməni millət vəkili iddia edib.

Exit mobile version