İqtisadiyyatİran

İran Parlamentinin Komitə sədrinin müavini: Ölkə iqtisadiyyatı korrupsiyalaşıb

Aznews.tv “Deutsche Welle” saytına istinadən xəbər verir ki, Parlamentin Proqram və Büdcə Komitəsinin sədr müavini hökuməti “neft pullarının pis idarə olunması” ilə bağlı tənqid edərək deyib: “Ölkə iqtisadiyyatı korrupsiyalaşıb”. Əmək Nazirliyinin rəsmisi də “xüsusi maraqları olan qruplaşma” neftdən asılı olmayan iqtisadi siyasətin yürütməsinə qarşı çıxdığını bildirib.

Parlamentin Proqram və Büdcə Komitəsinin sədr müavini Hadi Qəvvami “ölkə iqtisadiyyatının korrupsiyalaşdığını” bildirərək, hökümətin neft pullarını idarə etmək siyasətini tənqid edərək deyib: “Hökümət rəsmiləri iqtisadiyyatı istehsal yönümlü yanaşma əvəzinə, paylayıcı baxışla idarə edir”.

Avqustun 11-də İran televiziyasının 2-ci kanalında xüsusi xəbər proqramına müsahibə verən Qəvvami əlavə edib: “Neft büdcədəki cari xərclərə xərclənməməli, əksinə neft infrastrukturun yaradılmasına və istehsal sektorunun ucuz kreditlərlə təmin olunmasına yönəldilməlidir”.

“Təsnim” agentliyinin məlumatına görə, o hökümətin İran iqtisadiyyatına “paylayıcı baxışı”nı tənqid edərək deyib: “Neft pullarını yanlış idarə edərək insanları hökumətdən asılı vəziyyətə gətirdik”.

“Xüsusi kapitalist sinfi” nin formalaşması

İran Parlamentinin Proqram və büdcə Komitəsinin sədr müavini habelə əlavə edib: “Hökümətin paylayıcı yanaşması milli resursların ölkə üzrə hesablanmamış şəkildə paylanmasına və infrastrukturun bu dağınıqlığa kömək edə bilməməsinə səbəb olub”.

Mühafizəkar millət vəkili daha sonra “bunun ölkə iqtisadiyyatını çətinləşdirdiyini” vurğulayıb.

İranın Kooperasiya, Əmək və Sosial Müdafiə Nazirliyinin Sahibkarlıq və məşğulluğun inkişafı Departamentinin direktoru İsa Mənsuri isə eyni zamanda televiziyanın 2-ci kanalında xüsusi xəbər proqramındakı çıxışında Neft iqtisadiyyatının siyasətini izləmək üçün “Xüsusi Qruplar” ın müxalifəti olduğu kimi “xüsusi kapitalist sinfi”nin formalaşmasında neft iqtisadiyyatının rolundan və “xüsusi dairələr”in neftdən asılı olmayan iqtisadi siyasətin yürüdülməsinə qarşı çıxdığından danışıb.

“Neft iqtisadiyyatı müxtəlif istehsal sahələrini, o cümlədən kənd təsərrüfatını zəiflədib ticarətə dəstək veməklə, xüsusi kapitalist sinfi yaradıb”.

“Müəyyən dairələr xüsusi qruplar üçün xüsusi maraqlar tələb edir”

Əmək Nazirliyinin Sahibkarlıq və Məşğulluğun İnkişafı Departamentinin rəisi daha sonra əlavə edib: “Neft iqtisadiyyatında müəyyən dairələr xüsusi qruplar üçün xüsusi maraqlardan çıxış edir və buna görə, hökümətin neftdən asılı olmayan iqtisadi siyasətə qarşı çıxır”.

“Ölkənin sənaye inkişafının istiqaməti müəyyənləşdirilməyib və tələbatı ödəmək üçün yalnız regional və milli prioritetləri müəyyən etmişik”,- deyə Əmək Nazirliyinin rəsmisi qeyd edib.

Qeyd edək ki, Ruhani hökuməti, bir tərəfdən xərclərinin cüzi artması ilə üzləşdiyi, digər tərəfdən isə dövlət büdcəsi üçün lazımi resursları təmin etməli olduğu bir halda, bu xərclərin əsas mənbəyi kimi İranın neft satışları ABŞ sanksiyaları səbəbindən kəskin şəkildə azalıb.

Bəzi mənbələr hətta ötən ilin iyul ayında İranın neft ixracatının gündəlik 100 min barelə düşdüyünü, bu mənada son bir ildə 95 faiz azalma olduğunu bildirib. Ancaq İranın ixracatında neftin 60% -lıq payını nəzərə alsaq, neft satışının bu qədər azalması əvvəlki illərlə müqayisədə hər il on milyardlarla dollar itirmək demək deməkdir ki, bu da İslam Respublikası hökumətinə ciddi problem yaradacaq.

Əlbətdə ki, Həsən Ruhani 2018-ci ilin may ayının 1-də İran neftini idxal edən səkkiz ölkənin ABŞ sanksiyalarından azad edilməsi ilə eyni vaxtda, “neft gəlirlərimiz azalsa da, başqa mənbələrdən kompensasiya edəcəyik” deyə bildirmişdi.

İran prezidenti “başqa mənbə” deyərkən nəyi nəzərdə tutduğunu açıqlamasa da, həmin çıxışından bir gün əvvəl İranın öz neftini satmaq üçün ABŞ-ın bilmədiyi “altı yolu” olduğunu söyləmişdi.

İranda XII hökumət bu ilin (2019) dövlət büdcəsini gündəlik 1 milyon 540 min barel neft ixracı əsasında tərtib edib. Lakin İranın Büdcə və Planlaşdırma Komitəsi avqust ayında büdcəyə yenidən baxıldığını və gündəlik 300.000 barel neft satışı əsasında müəyyən edildiyini bildirib.

Qeyd edək ki, İranın 2018-ci il üçün dövlət büdcəsi 2.680 milyon barel gündəlik satış əsasında nəzərdə tutulmuşdu.

 

Aznews.tv

Tags
Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button