Dünyaİran

İran polisi 1,6 ton narkotik vasitə müsadirə edib

İranın Sistan-Bəlucistan vilayətinin Mircavə şəhərinin polisi keçirdiyi əməliyyat nəticəsində 1,6 ton narkotik vasitə müsadirə edib.

Aznews.tv  xəbər verir ki, narkotik vasitəni qaçaqmalçılar Əfqanistandan İran ərazisinə keçirmişdi.

Şəhərin polis idarəsinin rəisi polkovnik Məhəmməd Molla Şahi bildirib ki, narkotik qaçaqmalçılığının qarşısını almaq məqsədilə polis və sərhədçilər sıx əməkdaşlıq edir. Bu əməliyyat da sərhədçilərlə birlikdə keçirilib və cinayətkarlar həbs edilib.

Xatırladaq ki, İran hökuməti narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran ərazisindən Avropaya daşınmasının qarşısını almaq niyyətindədir. Cari il İran polisi geniş tədbirlər planı hazırlayıb. Plana əsasən ilin əvvəlindən bu günə kimi müxtəlif vilayətlərdə keçirilən əməliyyatlar nəticəsində 10 tondan çox narkotik vasitənin Avropaya daşınmasının qarşısı alınıb və 120-dən çox qaçaqmalçı həbs edilib.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button