Meksikin şimal-şərqində “Hanna” fırtınası 4 nəfərin ölümünə səbəb olub. Məlumata görə, təbii fəlakət nəticəsində 2 nəfər Tamaulipas əyalətində, 2 nəfər isə Koauile əyalətində vəfat edib. Bildirilib ki, Nuevo-Leon əyalətində fırtına səbəbi ilə azı 700 nəfər köçürülüb. Habelə Tamaulipas əyalətində 400 nəfər təhlükəsiz ustanlara köçürülüb.