Site icon Aznews TV

İran prezidenti Təbrizdə etirazla qaşrılandı

Bu barədə yerli sosial media fəalları məlumat və fotolar yayıblar.

Narazılar on minlərlə sakinin yaşadığı Təbrizin “Xavəran-2” bölgəsində bir çox binalarının hələ də yarımçıq qaldığını, sahiblərinə təhvil verilmədiyini, bildiriblər.

Onlar şəhərin normal su, elektrik, yol, qaz və şəhər infrastrukturunun olmadığını vurğulayıb, iki ildir hökumət tərəfindən verilən vədlərin yerinə yetirilmədiyini deyiblər.

Bölgəyə cəlb olunan hökumət məmurları “prezident, sizi müqəddəslərə and veririk, bizi bu bəladan qurtarın” məzmunlu plakartlar qaldıran etirazçıların prezidentin kortejinin qarşısına çıxmalarına imkan verməyib.

Exit mobile version