Cəmiyyətİran

İran Qərbi Azərbaycanda terrora səssiz qalır

Qərbi Azərbaycan, xüsusən, Türkiyə və İraq sərhədi istiqamətində bir çox terrorçu qrupun məskənidir.

İllərdir ki, İraqın şimalında bir yerə toplaşaraq, zaman-zaman Azərbaycana doğru hücumlar edir.

Bunların ən məşhuru PKK-nın PJAK qolu olsa da, bir çox başqa silahli terror qruplaşması da fəaliyyət göstərir. İran İslam Cumhuriyyətin Fars olmayanlara qarşı ayrı-seçkiliyini bəhanə edən terorçular, kürdlərin haqqını müdafiə adı altında Azərbaycanın gözü sayılan Urmu ətrafında xoş olmayan işlər törədir, silahsız türk millətini qətl etməkdən çəkinmirlər.

Ancaq İran hakimiyyəti və Fars mediası var gücləri ilə bu durumu ört-basdır etməyə çalışır.

Dünən Sero məntəqəsində bir İran əsgərinin teror hücumu nəticəsində öldüyü xəbəri yayıldı. Məhəlli mötəbər saytlardan başqa, bu baradə heç bir beynəlxalq xəbər agentlikləri yazmadı. İran hakimiyyətini senzura ilə suçlayan və müxalif kimi çalışan Avropa və Amerikadakı farsdilli medialar da bənzər bir durum nümayiş etdirdi. Bu vəziyyət əslində birinci dəfə deyil baş verir.

Farsdilli mətbuat hakimiyyətin yanında və ya qarşısında olmasına baxmayaraq, Qərbi Azərbaycanda baş verən terror hücumlarına səssiz qalır. Əməldə isə məsum millətə qarşı silahlı terrorçuları savunurlar.

Hər fürsətdə türklərə qarşı düşmənçilik edən Fars milliyətçiləri bu səfər də meydanda idi. Qərbi Azərbaycanda fəal terror qrupları kürd əsillidir. Türklərə qarşı nifrəti ilə bilinən “Azəriha” saytı PJAK terror qrupunu, Türkiyənin terror qruplaşması kimi təqdim etdi. İranın içində çalışan və məxsusən ETTELAAT Nazirliyi ilə işbirliyi olan fars millətçiləri açıq-aşkar terror hücumunu da türk düşmənliyinı çevirdilər. Əslində isə Terorun qurbanı bir türk idi.

Belə nifrət dolu paylaşım ictimai mediada da bir çox azərbaycanlı tərəfindən etiraza səbəb oldu.
Tarix boyu silahsız və dinc şəkildə haqlarını istəyən milyonlarla türk hər zaman zərər görüb. Hakimiyyətin əlində oyuncaq olan terror qrupları Kürdlərin xeyrinə deyil, bəlkə də zərərinə addım atır. Bu vəziyyətdə fars millətçilərinin hakimiyyətin bir parçası olaraq görünməsi, olanların əsil mənasını anlamaq üçün fürsətdir.

Related Articles

Bir cavab yazın

Back to top button