İran

Tvitter İranın rabitə nazirinin hesabını dondurdu

İyunun 4-də tvitter sosial şəbəkəsi İranın rabitə naziri İsa Zarepurun hesabını yenidən dondurub.

Qeyd edək ki, tvitter İsa Zarepurun hesabını 2 gün əvvəl aktivləşdirmişdi.

Bundan öncə 2021-ci ilin dekabr ayında özünün tvitterdən çıxdığını deyən Zarepur  tvitter-ə qayıtmasının səbəbini Cenevrədə keçirilən “İnformasiya Cəmiyyəti” Ümumdünya Sammitində “İranın beynəlxalq nailiyyətlərinin izahı” kimi göstərmişdi.

Tvitter-in 2009-cu ildə İranda keçirilən prezident seçkilərinin nəticələrinə etirazlardan sonra filtrasiya edilməsinə baxmayaraq, Əli Xameneyi başda olmaqla İranın əksər rəsmilərinin bu sosialm mediada hesabları var.

Related Articles

Bir cavab yazın

Back to top button