İran

Əmir Abdullahian, Atom Anlaşması danışqılarının yenidən başlanması vaxtı barədə suala aydın cavab verməyib.

İranın xarici işləri vəziri Hüseyn Əmir Abdullahian, cümə günü Merh ayının 2-si, Amerikanın NBC Şəbəkəsi ilə danışığında BƏRCAM deyilən Atom Anlaşmasının “çox tez” bir zamanda başlayacağını demişdir.

Amerikanın xarici İşlər vəzirliyinin sözçüsü Ned Prays isə onun Atom Anlaşması ilə ilgili danışıqların yenidən başmalası üzrə bu aydın olmayan vaxt barədə məqsədinin nə vaxt olduğunu təyin etməsini tələb edib.

Abdullahian müsahibəsində cavab verib ki, “İranın tezlik sözü anlayışı Batının tezlik sözündən fərqlidir. biz , tezliklə, yəni araşdırmalarımız tamamlandıqda zamanı bəlli edəcəyik. Amma önəmli budur ki, bizdə danışıqlara qayıtmaq iradəsi var, ancaq ciddi və İran xalqının hüquq və mənafeyini təmin edən bir danışıq olmalıdır.”.

Ned Prays həmin gün onun bu sözlərindən bir neçə saat sonra Atom Anlaşmasını dirçəltmə danışıqlarına İranın qayıdacağı barədə Əmir Abdullahian sözlərinə fikrini bildirmiş və bu barədə bir suala cavab olaraq demişdir: “Biz də, əlbəttə, İranın danışıqlar masasına qayıtması barədə İranın xarici işləri vəziri Hüseyn Əmir Abdullahianın sözlərini eşitdik.  Onlardan siz soruşmalısınız ki, “tez” və ya “çox tez” sözlərindən məqsədləri nədir.”

Abdullahian, Avropa Ölkələrinin danışıqların başlanmasına israrlı olduqlarına cavab olaraq Mehr ayının 2-si demişdir ki, İran ilk fürsətdə bu danışıqlara qayıdacaq, amma “indilik” bu anlaşmanın başqa üzvləri ilə danışıqlara fikrimiz yoxdur.

Related Articles

Bir cavab yazın

Back to top button