Dünyaİqtisadiyyatİran

İran qlobal rəqabət indeksində 10 pillə geriləyib

Aznews.tv “Azadlıq radiosu”na istinadən xəbər verir ki, Dünya İqtisadi Forumunun “qlobal arenada rəqabət” mövzusunda yeni hesabatı göstərir ki, İranın 141 ölkə arasındakı yeri ötən illə müqayisədə 10 pillə geriləyərək 99-cu yerə enib.

Sözügedən 141 ölkə dünya iqtisadiyyatının təxminən 99 faizini təşkil edir.

Hesabatda ölkələrə sıfırdan 100-ədək bal verilir, ən yüksək pillədə Sinqapur (84,8%) və ikinci yerdə ABŞ qərarlaşıb.  Bundan əvvəl ABŞ birinci pillədə yer alırdı.

Ən aşağı ballar isə Çad və Yəmənə verilib.

İrana 53 bal verilib və İranın ətrafında təkcə Yəmən və Pakistan bu ölkədən aşağı yer tutub. İraq və Əfqanıstan isə siyahıya daxil edilməyib.

Rəqabət qabiliyyətlilik İndeksi üzrə bal təyin edilərkən, 12 qrupda ümumiləşdirilmiş 103 komponent nəzərə alınıb.

İranın orta reytinqi 53 baldır, ancaq bəzi komponentlər üzrə daha aşağı yer alır.

İran heç bir meyar üzrə dünyada yaxşı yerə sahib deyil.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close