
Aznews.tv “BBC”yə istinadən xəbər verir ki, Mətbuat konfransında İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Abbas Əraqçı, hökümət sözcüsü Əli Rəbii və İranın Atom Enerjisi Təşkilatının sözcüsü Behruz Kamalvəndi iştirak edir.
Əraqçı: İranın yürütdüyü bu proses nüvə sazişindən imtina deyil, onu qorumaq məqsədi daşıyır.
Əraqçı: Avropa ölkələri öz öhdəliklərini yerinə yetirə bilməzsə, İran başlatdığı prosesi davam etdirəcək.
Əraqçı: Fransa prezidentinin Həsən Ruhani ilə telefon danışığı çox konstruktiv idi və tərəflər arasında bir həll yolu tapmaq istəyi var.
Əraqçı: Nüvə sazişindən çıxan Birləşmiş Ştatlar MAGATE-nin Rəhbərlər Şurasının iclasını çağırıb. Avropa ölkələri, Rusiya və Çin ABŞ-a qoşulmayıb. İran nüvə sazişinin üzvlərinə möhlət verib; İranın öz öhdəliklərini azaltması nüvə sazişi çərçivəsində həyata keçirilir.
Hökümətin sözcüsü Rəbii: Bu gün uranın zənginləşdirilməsi 3.67% -i keçəcək və qatılıq miqdarı bizim tələbatımıza əsaslanacaq və bu gün bu məsələ rəsmi olaraq reallaşacaq.
Xarici işlər nazirinin müavini: Bu gün öhdəliyimizin 60 günlük ilk addımı üzrə möhlətin başa çatdığı gündür. Bizim nüvə sazişi ilə bağlı tələblərimiz yerinə yetirilmədiyi üçün, bu gün ikinci addımı atacağıq.
Əraqçı: Bu gün xarici işlər naziri cənab Zərif artıq nüvə sazişinin bəndlərinə sadiq qalmayacağımızla bağlı xanım Moqeriniyə məktub göndərəcək və 60 günlük növbəti möhlətdə öhdəliklərin prosesi yenidən azalacaq.
İranın Atom Enerjisi Təşkilatının sözçüsü Kamalvəndi: Uranın zənginləşdirilməsi yamacı və bizim ehtiyatlarımızın yamacı yuxarı qalxır və sürəti artacaq.
Kamalvəndi: Milli Təhlükəsizlik Şurasının sədrindən aldığımız göstərişə əsasən, bu gün ikinci addım artıq atılıb.
Aznews.tv