Azərbaycanİran

Urmiya gölü bərpa edilməsə, bütün ölkə fəlakətə sürüklənəcək

Urmiya Gölü Bərpası Qərargahının Xalq Komitəsinin keçmiş rəhbəri Məhəmməd Hüseyn Həsənzadə ekoloji fəlakətin təsəvvür edildiyindən daha böyük faciələrə yol açacağı barədə xəbərdarlıq edib.

O, bu barədə ekoloji problemlə bağlı qatıldığı dəyirmi masada deyib.

Həsənzadə Urmiya gölünün bərpa edilməyəcəyi təqdirdə yalnız Azərbaycan əyalətlərinin deyil, bütün İranın bu ekoloji böhrana görə qaranlığa sürüklənəcəyini söyləyib.

Ekoloq problemin həllinə mane olan bütün bəhanələri əsassız adlandırıb və gölün bərpasını təmin etmək üçün bir sıra kənd təsərrüfatı layihələrinin dayandırılmasının vacibliyini vurğulayıb.

O, bölgədə sənayenin inkişaf etdirilməməsini və bölgə sakinlərinin həyatının yalnız əkinçilikdən asılı edilməsini böyük səhv hesab edib, bunun ekoloji problemin meydana gəlməsində əhəmiyyətli rol oynadığını qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button