Site icon Aznews TV

İran rəhbərinin Həmədandakı nümayəndəsi öldü

Bu barədə yerli media məlumat yayıb.

O, cari ilin mart ayında Məşhəddən şəxsi avtomobili ilə qayıtdığı zaman qəzaya düşüb, həyat yoldaşı yerindəcə keçinib və cümə imamı ağır vəziyyətdə xəstəxanaya köçürülüb.

Bir neçə aylıq müalicədən sonra onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, həm də, “Ekspertlər Məclisi”nin üzvü olan Qiyasəddin Taha Məhəmmədiyə qarşı sui-qəsd edildiyi barədə məlumatlar yayılsa da, bu rəsmi olaraq təsdiqlənməyib.

Exit mobile version