Site icon Aznews TV

İran rəsmilərinin xarici siyasətdəki məqsədləri

İranda mühafizakar məqamların xarici ölkələrə səfərləri gündəm mövzusuna çevrilib. Belə ki, məclis başqanı Məhəmməd Baqir Qalibafın Moskoya səfəri günlərcə müzakirə edildi. Əvvəlcə məclis başqanının Putinlə görüşəcəyi və Xameneinin məktubunu ona təhvil verəcəyi iddia edildi. Ancaq daha sonra Rusiya prezidentinin görüşü qəbul etməyi ortaya çıxdı. Bu mərhələdə Qalibafın bir məclis başqanından daha çox xarici işlər vəziri, hətta prezident kimi davranması diqqət mərkəzində oldu. Ancaq onun beynəlxalq aləmdə nüfuzunun o qədər də önəmli olmadığı Mosko səfərində bir daha sübutunu tapdı. Bir başqa gündəm mövzusu isə İranın Məhkəmə Sisteminin Başçısı İbrahim Rəyisinin İraq səfəridir. Onun 3 günlük səfər çərçivəsində şiə dünyasının önəmli müctəhidi Ayətullah Sistaniylə görüşməyə çalışdığı, ancaq Sistaninin bunu qəbul etmədiyi iddia edildi. Bildirək ki, xurdad ayında keçiriləcək prezident seçkilərində usulgəraların namizədi kimi bilinən Rəiysi və Qalibaf beynəlxalq camiədə özlərinə nüfuz qazanmağa can atırlar. Onlar bölgə ölkələrin dəstəyini almaq üçün çalışırlar. Özəlliklə Ruhani hökümətinin xarici siyasətini tənqid edən bu şəxslər öz fəaliyyətlərində heç bir uğur qazana bilmədilər. Hazırda islahtələblər qərblə müzakirələr aparmaq və ölkəni dünya səviyyəsinə çıxarmaq üçün əhalinin rəy verməsini istəyirlər.
Bu kimi vədlərlə seçkilərdə qalib gəlməyə çalışırlar. Ancaq Baydenin İrandan atom enerjisi çalışmalarını durdurmağı istəməsi, habelə Xameneinin təhrimlərin qaldırılması şərti müzakirələrin yaxın zamanda baş tutmayacağını göstərdi. Hətta İttilat vəzirinin atom bombasıyla bağlı açıqlamaları Tehran hakimiyyətinin gələn aylarda daha radikal qərar ala biləcəyindən xəbər verir. Vurğulayaq ki, Əli Xameneinin “növbəti prezident gənc və inqilabçı biri olmalıdır” açıqlaması özəlliklə diqqət çəkir. Bu açıqlama prezident kürsüsünə Qalibaf, Rəisi, hətta Əhmədinejad kimi radikal birinin gətirilmə ehtimalını artırır. Qeyd edək ki, 42 illik İran İslam Cümhuriyyəti dönəmində azad seçki prosesinə rastlamaq mümkün deyil.
Millət hər zaman durumun daha ağır olmasından qorxaraq, irəli sürülən namizədlərə rəy verir. Bu da durumu daha da çətinləşdirir. Bu günə qədər nə islahatçılar azadlıq şüarlarını yerinə gətirib, nə də usulgəralar ədalət və iqtisada bir çarə tapıb. Ancaq bütün bu oyunlarla İslam Cümhuriyyəti ayaqda qalıb və Əli Xamenei hakimiyyəti davam edib. Nəticədə qeyri-farslar, özəlliklə türklər hakimiyyətdə heç bir yer tuta bilməyiblər. Bütün olaylardan əziyyət çəkən yenə də Güney Azərbaycan olub. Bildirək ki, Qarabağ hadisələrindən sonra Güney Azərbaycanın önəmi həm ölkə daxilində, həm də bütün bölgədə inkar edilməyəcək qədər artıb. Buna görə də Güney Azərbaycanın istəmədiyi heç bir geniş dəyişim baş tuta bilməz

Exit mobile version