Azərbaycanİran

6 ildir Azərbaycanlı uşaq Huntaya kimlik vəsiqəsi verilmir

Adı Türkcə olduğuna görə kimlik vəsiqəsi verilməyən “Huntay”ın ailəsi dünən, 16 noyabr 2023-də kimlik vəsiqəsi veriməməsinə etiraz olaraq, Culfa şəhərinin Qeydiyyat İdarəsinin qarşısında aksiya keçirərək Huntay üçün simvolik ad günü şənliyi keçirib.

Culfa Şəhər Qeydiyyat İdarəsinin qarşısında keçirilən aksiyada “Huntay”ın ailəsi və yaxınları “Uşaq adının seçilməsi vətəndaşlığın əsas hüquqlarından biridir”, “Mənim Adim Huntaydır” yazıları və Kəşfiyyat İdarəsinin təcridxanasında saxlanılan Azərbaycanlı mədəni fəal Yüruş (Ayət) Mehrəli Bəylinin şəklini, plakatlar ilə qaldıraraq etirazlarını bildiriblər.

“Huntay”ın atası Taymaz Mehrəli Bəyli 6 ildir bütün hüquqi prosedurlardan keçməsinə, inzibati və məhkəmə yolu ilə etiraz etməsinə baxmayaraq, oğluna kimlik vəsiqəsi ala bilməyib və bu, oğlunun müalicəsi ilə əlaqədar problemləri də daxil olmaqla təhsil kimi bir çox problemlərə səbəb olub.

zərbaycanın əksər şəhərlərində övladlarına Türkcə ad seçmək niyyətində olan valideynləri təqib etmələrinə baxmayaraq, ölkənin Qeydiyyat İdarəsi adın əcnəbi olması və ya seçilmiş adlar siyahısında olmaması kimi səbəblərlə bu uşaqlara kimlik vəsiqəsi vermir.

Daha öncə bir sıra uşaqların valideynləri, o cümlədən, “Türk Ay”, “Yağış”, “Atakan”, “Oğuz”, “Alp Arslan”, “Ana”, “Volkan”, “Tarkan” və. .. uşaqlarına seçdikləri ad üçün kimlik vəsiqəsi ala bilmədiklərini bildirmişdilər.

Konstitusiyanın 34-cü maddəsinə və Qeydiyyat İdarəsinin mövcud qanunlarına əsasən, bu cür məhdudiyyətlər və qadağalar qarşısında valideynlərin iddia qaldırmaq hüququ ümumi ədalət məhkəmələrində qorunur.

#millifeal

Related Articles

Bir cavab yazın

Back to top button