Cəmiyyətİran

İran radio-televiziyalarında istefalar ard-ardadır

Ölkənin ikinci televiziya kanalının ən tanınmış aparıcılarından daha birisi istefa verib.

Ölkənin ikinci televiziya şəbəkəsinin “Evə dönürük” verlişinin tanınmış aparıcısı olan Siyma Gülarə istefası ilə bağlı İnstaqram səhifəsində paylaşım edib.

“Bağışlayın ki, 13 il sizə yalan demişəm. Bir daha İslam Respublikasının Radio Televiziyasında olayacağam”, – o yazıb.

Onun “13 il yalan demək” mesajı İran Radio Televiziyasında 13 il çeşidli verilişlərdə aparıcı olmasına işarədir. Ukrayna təyyarəsinin SEPAH raketi ilə vurulmasını İranın Radio Televiziyası 3 gün ört-bas edib. Məsulların aydın yalanları utancverici halda bəlli olandan sonra, bir sıra siyasi məsullar, habelə tanınmış vərzişkarlarla yanaşı, sənətkarlar və radio-televiziya aparıcıları da rejimi ilə əməkdaşlıqdan çəkinməyə başlayıblar. Gülarə Cəbbaridən öncə  Səba Rad ilə Zəhra Xatəmi də Tanınmış Radio Televiziya aparıcılarından olaraq, Ukrayna təyyarəsi hadisəsi ilə bağlı istefa larını bildirmişdilər.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close