CəmiyyətİranSiyasət

İran radio-televiziyasında “Xameneyinin katibliyinin bandası” rolu ilə bağlı konfliktlər

Aznews.tv “Deutsche Welle” saytına istinadən xəbər verir ki, İran hakimiyyətinin əsas özəyinə yaxın bir mədəniyyət fəalı ölkədə mədəniyyət sahəsində əsas problemlərin, o cümlədən radio-televiziyanın mövcud vəziyyətinin Xameneyinin katibliyi tərəfindən həyata keçirilən bir növ siyasi sifarişlər və göstərişlər nəticəsində yarandığını hesab edir. Bu tənqid İslam Respublikasının tərəfdarları olan digər fəallar tərəfindən mənfi reaksiya ilə üzləşib.

Vəhid Cəlilinin bir neçə həftə əvvəl Məşhəd şəhərində çıxışı İslam Respublikasına sadiq mədəniyyət fəalları arasında ciddi bir media mübarizəsinə çevrilib.

Vəhid Cəlili, Mahmud Əhmədinejadın prezidentliyi dövründə Ali Milli Təhlükəsizlik Şurasının katibi və İranın Qərb ölkələri ilə nüvə müzakirələri üzrə qrupun o vaxtkı rəhbəri Səid Cəlilinin qardaşıdır. Vahid Cəlili özü İrandakı hakimiyyətin əsas özəyinə yaxın bir mədəniyyət fəalıdır və İslam İnqilabı Mədəni Tədqiqatlar Mərkəzinin direktorudur.

Avqust ayında Məşhəddə keçirilən “İslam İnqilabı Kinorejissorları Dərnəyi”nin illik festivalında etdiyi çıxışın bir hissəsində Radio-televiziya Təşkilatının vəziyyəti ilə bağlı kəskin tənqidlər səsləndirib.

Vəhid Cəlili Radio-televiziya Təşkilatının tanışlıq, mafia və inhisarçılığın ən yüksək səviyyədə hökm sürməsinin burada korrupsiya və bir sıra ən vacib şöbələrində anti-milli və əks-inqilabçı ünsürlərin fəal rol oynamasına səbəb olduğu bir Media orqanı kimi xarakterizə edib.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button