Elm & Texnologiyaİran

İran Radioteleviziyasının inhisarçılığı ölkədə 5G texnologiyasının genişlənməsinə mane olur

Aznews.tv 5G texnologiyasının ölkəyə girişi İranda bir sıra texnologiyaların sürətli inkişafına səbəb ola bilər, lakin 5G texnologiyasının genişləndirilməsi üçün Radioteleviziya qurumu nəzarətdə saxladığı bir sıra tezlikləri sərbəst buraxmalıdır.

5G texnologiyasının İranda işləyə bilməsi üçün 700 və 800 MHz tezlik diapazonları sərbəst buraxılmalıdır. Hazırda bu sektor Radioteleviziya qurumunun inhisarındadır.

İran İnformasiya Texnologiyaları Komitəsinin İdarə Heyətinin üzvü Behzad Əkbəri bildirib: “Tezlik 5G texnologiyasında vacib məsələlərdəndir. Çünki 5 GHz-dən yuxarı tezliklər yüksək etibarlılıq tələb edən xidmətlərə cavab vermir”.

O əlavə edib: “Yüksək tezliklərdə bu imkanların təmin edilməsi çox baha başa gəlir və iqtisadi rentabelliyi yoxdur. Əlbətdə tezlik və spektr problemi tənzimləyici həll edir. Xidməti genişləndirmək istəyiriksə, Radioteleviziya qurumu 5G texnologiyasının genişləndirilməsində istifadə etmək üçün nəzarətində olan spektri azad etməlidir. Onsuz 5G texnologiyasının əsas komponentlərindən birinin reallaşdırılması mümkün olmayacaq”.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close