
Azərbaycanlı milli fəalların verdiyi məlumata görə, Yusif Pircani dekabrın 22-də İran rejiminin Xoy şəhərindəki İnqilab Məhkəməsinin qərarların icrası bölməsinə müraciə etdikdən sonra yaxalanıb və Xoy şəhərindəki rejimin zindanına köçürülüb.
Qeyd edək ki, Yusif Pircani iyul ayının 24-də Xoy şəhərində rejimin ETTELAAT məmurları tərəfindən yaxalanaraq təcridxana aparılıb və 15 gündən sonra ağır girov qarşılığında zaminə buraxılmışdı.
Pircani “Hökumətə qarşı təbliğat” ittihamı ilə 3 ay həbs cəzasına məhkum edilib. Azərbaycanlı fəal iyulun 24-də Təbriz başda olmaqla bir sıra Güney Azərbaycan şəhərində əl-Əhvaz etirazların dəstək mitinqinin keçirilməsi ilə bağlı yaxalanmışdı.