Site icon Aznews TV

Iran rejimi güneyli ailə barəsində həbs-qətimkan tədbiri seçib

Azərbaycan Milli Hərəkatının fəalı Fərhad Pakroгh, onun atası Cəbrayıl Pakrouh, Fərhadın qardaşı Səccad Pakrouh Təbriz 1-ci Kəşfiyyat Bazasının əməkdaşları tərəfindən mayın 14-də həbs edilmişdilər.

Cəbrayıl Pakrouh mayın 15-də bir günlük həbsdən sonra 100 milyon tümən girov müqabilində Təbriz Mərkəzi Həbsxanasından azad edilmişdir.

Azadlığa çıxdıqdan sonra Cəbrayıl Pakrouh fars dilində bir videoda özünün, qardaşının və uşağının vəziyyətini açıqlamışdı:

“Təəssüflər olsun ki, məhkəmə sisteminin ədalətsizliyi və İslam Respublikası sisteminin səmərəsizliyi ucbatından qardaşım Əsəd və oğlum Fərhad törətmədikləri cinayətə görə hər biri 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Qardaşım hazırda həbsdədir, Fərhad da hökmü icra etmək üçün çağırılıb və mən də cəzama görə iyirmi milyon tümən pul ödəmişəm. Biz haqq-ədalət axtarırıq və Allah qoysa, bir gün bu gerçəkləşəcək”.

Exit mobile version