Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünyaİran

Iran rejimi MAQATE-nin Hakimlər Şurasının qətnaməsinə reaksiya verdi

İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi MAQATE-nin Hakimlər Şurasının qətnaməsinin təsdiqindən bir saat sonra buna reaksiya verib.

Kamalvənd Qərb ölkələrini Tehranla “anlaşmağa və əməkdaşlığa” dəvət edərək deyib ki, onun fikrincə, Hakimlər Şurasına siyasi təzyiqlər təsir edib və bugünkü səsvermədə Səudiyyə Ərəbistanı kimi ölkələrin iştirak etməməsi müsbət səslərin azalmasına səbəb olan “təzyiq yanaşmasının” səmərəsizliyini göstərir.

“Bu gündən biz təhlükəsizlik zəmanətləri çərçivəsində tədbirlərə başladıq. Gözləntimiz odur ki, Qərb dövlətləri beynəlxalq təşkilatlardan sui-istifadə və təzyiq yanaşması əvəzinə qarşılıqlı fəaliyyət və əməkdaşlıq yolu tutacaqlar. Təcrübə onlara sübut etməlidir ki, İran siyasi təzyiqlər qarşısında öz ayrılmaz hüquqlarından əl çəkməyəcək”,-deyə Kamalvəndi əlavə edib.

Related Articles

Bir cavab yazın

Back to top button