Site icon Aznews TV

İran rejimin ETTELAAT İdarəsinin məmurları Fatimə Dadaşzadənin atasının evində axyarış aparıblar

Təbrizdə dünən ETTELAAT İdarəsinin məmurları azərbaycanlı incəsənət xadimi Fatimə Dadaşzadənin atasının evində axtarış aparıb və onun şəxsi əşyalarını, o cümlədən mobil telefonunu müsadirə edərək özləri ilə aparıblar.

Qeyd edək ki, azərbaycanlı rəssam Fatimə Dadaşzadə əvvəllər də ETTELAAT İdarəsinə çağırılıb.

O, keçən il Novruz bayramında böyük yumurtaşəkilli fiqurları türk əlifba və simvolları və Novruz elementləri ilə rənglədiyinə görə, “separatçılıq” və “ərazi bütövlüyünə qarşı təhdid” adlandırdıqları ittihamlarla ETTELAAT-a çağırılmışdı.

Exit mobile version