Site icon Aznews TV

Iran rejimin gənc Qaşqay qızı rəqs etdiyinə görə həbsə məhkum edib

Qaşqayların “Baydaq” saytının yazdığına görə, Şiraz şəhərindən olan Qaşqay türkü, 25 yaşlı rəqqasə Məryəm Nemət Elahi evinin yaxınlığında, insanların olmadığı yerdə rəqs etdiyinə görə həbs edilib.

Gənc xanım Şirazda yerləşən Adilabad zindanında həbsdə saxlanılır.

Məhkəmənin hökmü ilə Məryəm “rəqs cinayətinə” görə 5 il həbs cəzası alıb.

Exit mobile version