Site icon Aznews TV

İran rejimin həbs etdiyi azərbaycanlı xanım müəllimə həbsini bitirdikdən sonra azadlığa buraxılıb

Məlumata görə, Zeynəb Həmrəng  2020-ci il sentyabrın 5-də Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində səfəri zamanı təhlükəsizlik məmurları tərəfindən həbs edilib. 2022-ci ilin oktyabrında şərti azadlığa buraxılan güneyli müəllimə ötən il martın 12-də yenidən saxlanılıb. O, “ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq”da günahlandırıb.

Qeyd edək ki, Tehranda yaşayan Zeynəb Həmrəng güney Azərbaycanın Muğan bölgəsindəndir.

Exit mobile version