Site icon Aznews TV

İran rejimin uzunmüddətli həbsə məhkum etdiyi azərbaycanlı fəalların işi Apellyasiya Məhkəməsinə göndərilib

“Bu fəallardan bəziləri bir ilə yaxındır ki, müvəqqəti həbsdədir. İnqilab Məhkəməsinin 15-ci şöbəsi birtərəfli qaydada və çoxsaylı etirazlara baxmayaraq, fəallardan 15-nə ümumilikdə 95 il həbs cəzası verib. Bu siyasi fəallara qarşı ittihamlar arasında sistemə və cəmiyyətə qarşı təbliğat, cinayət törətmək üçün əlbir olmaq kimi ittihamlar var və müttəhimlərdən bəziləri vəkil tutmaq və seçmək hüququndan məhrum edilib.”

Sina Yusifi azərbaycanlı fəalların adlarını və aldıqları həbs cəzalarını da açıqlayıb:

Hüseyn Piri: 5 il həbs,

Əbdüləziz Əzimi Qədim: 6 il həbs

Araz Aman: 13 il həbs

Bağır Hacızadə: 13 il həbs

Ayaz Seyfxah: 13 il həbs

Kəmal Nuri: 3 il həbs

Taher Nəqəvi: 6 il həbs

Salar Tahir əfşar: 5 il həbs

Vədud Əsədi: 4 il həbs

Murtəza Pərvin: 6 il həbs

Səid Minai: 5 il

Süleyman Məhəmmədi: 3 il

Fatimə Ataşi Xiyavi: 5 il həbs

Həsən İbrahimi Şiran: 3 il həbs

Kərəm mərdni Məstəli Bəyli: 5 il həbs

Exit mobile version