İran

67-ci ildə toplu edamlarda ortaqlıq ittihamı ilə Sueddə Həmid Nurinin məhkəməsi başlayır

Həmid Nuri 60-cı illərdə Qohərdəşt Zindanın dadyarı olub və 67-ci ilin Yayında siyasi zindaniləri toplu edam edilmələrində ortaqlıq, qətl, çəkinmədən cinayət törətmək və uluslararsı hüququ pozma ittihamı ilə mühakiməsi Suedin Stokholm şəhərinin məhkəməsində Murdad ayının 19-u başlayacaq. Onun mühakiməsi, ilk olaraq İranın məhkəmə – əmniyyət məqamlarından birinin İrandan xaric tutuqlanıb mühakimə olunması baxımdan özəlliklə önəmlidir. Bundan başqa, İbrahim Rəisinin cümhur başqanlığına keçməsi ilə Nurinin mühakiməsi daha da önəmli olub. İbrahim Rəisi 67-ci ilin edamlarında Tehranın Dadsitanın müavini olub və “Ölüm Heyəti” ilə tanınan Xomeyninin təyin etdiyi heyətin üzvlərindən biri olub.
Həmid Nuri 21 ay öncə 98-ci ilin Aban ayının 18-i Suedə səfəri zamanı tutuqlanıb. Bu ölkədə bir məhkəmə isə ona qarşı şikayətlərə, sübut sənədlərinə və şahid ifadələrinə istinadən onun 67-ci ildə siyasi zindaniləri toplu edam etməkdə rolu olduğunu və kimliyini təyid etmişdir. Onun tutuqlu saxlanılması bir neçə dəfə uzadılıb.12

Related Articles

Bir cavab yazın

Back to top button