Dünyaİqtisadiyyatİran

İran Rusiyadan 2 milyard dollar kredit istədi

İran Rusiyadan 2 millard dollar borc istəyib.

Aznews.tv xəbər verir ki, bu sözləri Rusiyanın Enerji naziri Aleksandr Novak deyib. Onun sözlərinə görə İran, Rusiyadan aldığı kreditin ümumi həcmini 5 milyard dollara çatdırmağı planlaşdırır.

Bu kredit İstilik elektrik stansiyası, dəmiryolu və metro vaqonlarının təmini üçün istənilib. Bu məsələ Rusiyanın İqtisadiyyat Nazirliyi tərəfindən araşdırılmaqdadır.

“Kredit Hörmüzqanın 1400 meqavatlıq istilik stansiyası, Gərmsarın incə burun dəmir yolunun elektriklə çalışması, ramin niruqahının sistemini modernləşdirmə, Zahidan və Bircəndin metro vaqonlarına ayrılacaq”, – deyə Rza Ərdəkaniyan deyib.

Xatırladaq ki, İranın Rusiyadan 5 milyard dollar kredit istəmə mövzusu “Nüvə razılaşması”ndan öncə imzalanıb.

Qeyd edək ki, Rusiyanın rəsmi statistikasına əsasən, bu ölkənin 9 ay müddətində 391 milyon dollar İrandan ticarət olub ki, ötən il ilə müqayisədə bu miqdar dəyişilməyib. Rusiyanın İrana ixracatı isə 37 faiz artmaqla, təqribən, 1.2 milyard dollara çatıb.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close