Site icon Aznews TV

İran Rusiyaya tarix və coğrafiya müəllimi göndərmək istəyir

“Rusiyaya tarix və coğrafiya müəllimləri göndərməklə ərəb hökumətlərinin onları aldatmasının qarşısını almaq istəyirik”,- o, qeyd edib.

Qeyd edək ki, dekabrın 20-də Mərakeşdə Rusiya ilə ərəb ölkələri arasında keçirilən birgə iclasda, İran körfəzində yerləşən 3 mübahisəli ada ilə bağlı BƏƏ-nin mövqeyini dəstəkləyən bəyanat qəbul edilib.

Rusiya hazırda İran nəzarətində olan “Kiçik Tonb”, “Böyük Tonb” və “Əbu Musa” adalarının Birləşmiş Ərəb Əmirliklərinə məxsus olduğunu bildirən bəyanata qol çəkib.

Rusiyanın ərəb ölkələrinin mövqeyini dəstəkləməsi İran tərəfinin sərt reaksiyası ilə qarşılaşıb.

Bununla bağlı İran Rusiyaya nota verib, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Rusiyanın XİN başçısı Sergey Lavrova etiraz edib.

İran mediası Rusiyaya qarşı kampaniya başladıb və rəsmi Moskva Tehrana xəyanət etməkdə günahlandırılıb.

Exit mobile version